Türkiyə I Liqasında baş məşqçi ayrılığı - 2 ay rəhbərlik etdi
02.04.2025 - 00:23

Türkiyə I Liqası komandalarından "Ankaragücü" baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Xatırladaq ki, Mustafa Dalcı bu ilin fevral ayında "Ankaragücü"nün sükanı arxasına keçmişdi.
Qeyd edək ki, "Ankaragücü" 51 yaşlı baş məşqçinin rəhbərliyi ilə çıxış etdiyi 8 matçda 2 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət yaşayıb.
- “Real”da ciddi itki
- Zamiq Əliyev: "Ümidvaram ki, vurduğum qolun ardı gələcək" - AÇIQLAMA
- “Barselona"nın prezidenti Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Merih Demiral 20 milyona transfer edildi
0
0