Türkiyə Super Liqası: "Fənərbaxça" finalda
07.06.2026 - 23:40
"Fənərbaxça" Türkiyə Basketbol Super Liqasında finala yüksəlib.
Apasport.az xəbər verir ki, pley-off mərhələsinin yarımfinalında "Anadolu Efes"lə qarşılaşıb.
Şarunas Yasikeviçusun rəhbərlik etdiyi komanda seriyanın dördüncü oyununda "Anadolu Efes"i 102:93 hesabı ilə məğlub edib.
Bu nəticə ilə seriyada hesab 3:1 olub və İstanbul təmsilçisi finala vəsiqə qazanıb.
"Fənərbaxça"nın heyətində Ueyd Bolduin 32 xal, 5 rubaund toplayaraq qələbədə əsas pay sahibi olub.
Qeyd edək ki, "Fənərbaxça" finalda "Beşiktaş" – "Bahçeşehir Kolleji" cütünün qalibi ilə üz-üzə gələcək.
0
0