Türkiyə Superkuboku: Yarımfinal və finalın tarixləri müəyyənləşib
12.11.2025 - 21:57
Türkiyə Superkubokunun oyunlarının tarixləri və məkanları müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarımfinal görüşləri 2025-ci ilin yanvarın 5-də Qaziantepdə, 6-da isə Adanada keçiriləcək.
Final qarşılaşması isə yanvarın 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Yarımfinal mərhələsində “Qalatasaray” “Trabzonspor”la, “Fənərbaxça” isə “Samsunspor”la üz-üzə gələcək. Yarımfinal oyunlarının hansı şəhərdə oynanılacağı püşkatmadan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Türkiyə Superkuboku tarixdə ilk dəfə olaraq 4 komandanın iştirakı ilə təşkil olunacaq.
0
0