Türkiyə Birinci Liqasında keçirilən "Göztəpə" - "Altay" matçında xoşagəlməz olaylar yaşanıb.
Apasport.az saytı xəbər verir ki, 15-ci turda keçirilən İzmir derbisinin 19-cu dəqiqəsində qonaq komanda tərəfdarları protexniki vasitələrdən istifadə ediblər.
Nəticədə bir fanat yaralanıb. Ona yardım göstərilməsi üçün meydana təcili yardım avtomobili daxil olub.
Bu əsnada ev sahibi komandanın bir azarkeşi meydana daxil olaraq künc bayrağının dirəyi ilə "Altay"ın qapıçısı Ozan Evrim Özençə hücum edib. Baş nahiyəsindən ciddi zədə alan 29 yaşlı qolkiper xəstəxanaya aparılıb. Görüşün baş hakimi Emre Kargin isə matçı yarımçıq dayandırıb.
Qeyd edək ki, baş verən hadisələrə qədər oyunda hesab açılmamışdı.
- “Fənərbaxça”nın ulduzu İtaliya yolunda
- Rövşən Nəcəf: "Premyer Liqanın formatı və klub sayına yenidən baxılacaq"
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
- Rəşad Sadıqov: "Kəpəz" təhlükəli komandadır"
- Təmkin Xəlilzadə: “İnanıram ki, alnıaçıq şəkildə qayıdarıq”