Türkiyəli futbolçu İngiltərəyə yollanıb
14.08.2024 - 21:34
Ötən mövsüm 5 milyon avro qarşılığında "Hatayspor"dan Fransanın "Renn" klubuna transfer olan türkiyəli futbolçu Bertuğ Yıldırım komandasını dəyişir.
Apasport.az xəbər verir ki, o, Çempionşipdə mübarizə aparan "Norviç Siti" ilə razılaşıb.
İngilislər Bertuğ üçün 6 milyon avrodan keçməyə hazırdır.
22 yaşlı futbolçu bu gün tibbi yoxlanışdan keçmək üçün İngiltərəyə yollanıb.
Qeyd edək ki, "Renn"də ümumilikdə 28 oyuna çıxan Bertuğ Yıldırım cəmi 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
- Azərbaycan XİN: "Bayrağın yandırılmasını pisləyirik"
- Nigeriya millisinin forvardı “Fənərbaxça”nın radarında
- Dünya çempionatında daha 3 çəkidə qaliblər müəyyənləşdi - FOTOLENT
- Millinin baş məşqçisi: "Qrupdan çıxmaq şansımız olmasa da..."
- Arif Əsədov: "Hazırda yerli mütəxəssislərin nəticələri göz önündədir"
0
0