Türkiyəli mütəxəssis: “O, meydanda yox kimidir”
13.11.2023 - 22:42
"Tadiç heç yerdə görünmür”.
Apasport.az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq futbolçusu İlker Yağcıoğlu deyib.
Təcrübəli mütəxəssis “Fənərbaxça”nın futbolçusu Duşan Tadiçin performansını şərh edib: “O, son həftələr meydanda yox kimidir. Onun oyuna heç bir töhfəsi yoxdur. Mənə elə gəlir ki, o, işini görməli olduğu yerdə, dostlarını idarə etməyə çalışır. O, məni çox narahat etməyə başlayıb. Davamlı olaraq meydanda dostlarını idarə etməyə, əli və qolu ilə göstəriş verməyə çalışan bir oyunçu görürəm".
Qeyd edək ki, Tadiç İstanbul klubunda 11 oyunda 4 qol vurub.
- Dino Ndlovu: "Mən həmişə "Qarabağ"a qayıtmaq istəmişəm" - Müsahibə
- Fatih Terimin komandası son 18 matçda ilk dəfə AEK-ə qalib gəlib
- Millimizin üzvü qırmızı vərəqə aldı, komandası qalib gəldi
- Avropa çempionatı: Azərbaycan millisi bu gün ilk matçına çıxacaq
- “Neftçi”dən ilk, “Qarabağ”dan xal itkisi - YENİLƏNİB
0
0