UEFA Qətərlə əlaqəli PSJ-nin transferlərini yoxlamağı planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, qurumun maliyyə ekspertləri bu keçidləri araşdıracaq.
Onlar bu əməliyyatların razılaşdırılan və şişirdilən məbləğlərin olma ehtimalından şübhələnirlər. Fransa klubunun Qətər şirkətinə aid olması və komandanın maliyyə feyr-pley qaydalarından yayınmaq üçün bu tip üsullardan istifadə etmə ehtimalı bu şübhələri daha da gücləndirir.
Qeyd edək ki, yay transfer pəncərəsində Liqa 1 təmsilçisinin futbolçularından Yulian Draksler “Əl-Əhli”yə, Abdu Diallo və Marko Verratti isə “Əl-Ərəbi”yə keçib.
- Messinin komandası rəqibini darmadağın etdi - 5:1
- Yaylagül Ramazanova sıralama turuna 30-cu cütdə başlayacaq
- Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarını idarə edəcək hakimlər bəlli olub
- Messinin ötürməsini qola çevirdi, “Real”ın hədəfinə düşdü
- Azərbaycan komandası Almaniyada medal qazandı - FOTO