UEFA "Fənərbaxça"nı CƏZALANDIRDI
13.05.2026 - 16:57
“Fənərbaxça” klubu cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi keçmiş baş məşqçisi Joze Mourinyoya olan maliyyə öhdəlikləri və Kerem Aktürkoğlunun UEFA ilə aparılan danışıqlardan sonra büdcəyə daxil edilən maaşı səbəbindən xərcləmə limitini aşıb.
Bu səbəbdən UEFA tərəfindən “sarı-lacivərdlilər”ə təxminən 10 milyon avro məbləğində cərimə tətbiq olunacaq.
Qeyd edək ki, “Fənərbaxça” hazırda 73 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- Yığmamız Avropa kubokunun yarımfinalında
- Fərid Qayıbov Beynəlxalq İdman Məktəbi Federasiyasının prezidenti ilə görüşüb
- "Xilasedici"nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli olub
- "Neftçi" futbolçuları ilə müqaviləni artırıb, icarəyə verdi
0
0