Maliyyə Feyr Pleyi (FFP) ilə bağlı UEFA yeni plan hazırlayıb.
Apasport.az-ın məlumatına görə, Avropanın ali futbol qurumu layihəni bu mövsümdən etibarən tətbiq etməyə hazırlaşır.
UEFA-nın yeni tələblərinə görə, klublar gəlirlərin yalnız 90 faizini məvacib və transferlərə xərcləyə bilərlər. Növbəti ildə bu rəqəm 80 faizə, 2025-ci ildən isə 70 faizə endiriləcək.
UEFA yeni layihəni Avropa İttifqı ilə razılaşdırıb. Növbəti mərhələdə Avropa Klubları Assosiasiyası ilə anlaşma əldə olunması üçün danışıqlar aparılacaq.
Qeyd edək ki, UEFA-nın məqsədi klubların arasında maliyyə uçurumunu aradan qaldırmaq və transfer bazarında tarazlığı qorumaqdır.
- Braziliya millisi Paris-2024-ün açılış mərasiminə qatılmayacaq
- “Sumqayıt” Velinovskini gətirmək istəyir
- Adil Şükürov: “Əsas məqsədimiz komandanı Premyer Liqada saxlamaqdır" - MÜSAHİBƏ
- “Latsio”nun “ev”də bəxti gətirmədi
- Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb