Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Şelburn” klubu UEFA tərəfindən cəzalandırılıb.
Apasport.az xəbər verir ki, Şimali İrlandiyanın “Linfild” komandası ilə Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin ilk oyununda azarkeşlər Dublindəki “Tolka Park” stadionunun keçidlərini bağladıqları üçün İrlandiya çempionu 4000 avro (təxminən 8000 manat) ödəyəcək.
Xatırladaq ki, “Qarabağ” “Şelburn”la ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.
Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.
- Kayak və kanoeçilərimiz dünya çempionatında çıxış edəcəklər
- Laurentsiu Regekampf: "Futbolçular daha yaxşı konsentrasiya olmalıdır"
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
- “Sabah” “Araz”la bacarmadı - YENİLƏNİB
- Rəşad Sadıqov: “Sonadək mübarizə apardılar” - VİDEO