UEFA Türkiyənin "Fənərbağça", "Trabzonspor" və "Sivasspor" klublarını cəzalandırıb.
Apasport.az xəbər verir ki, Konfrans Liqasının 1/8 finalında "Sivasspor" – "Fyorentina" matçında (1:4, 0:1) ev sahibi komandanın bir azarkeşi meydana daxil olub, rəqib futbolçuya hücum etdiyinə görə "Sivasspor" qarşıdakı avrokubok oyununu azarkeşsiz keçirəcək. Komandanın futbolçusu Hakan Arslan isə UEFA oyunları da daxil olmaqla 3 oyunluq cəzalandırılıb.
"Fənərbağça" 44 min avro cərimələnib və növbəti avrokubok oyununda tribunaların ən az 5 min nəfərlik qismini bağlamalı olacaq. Buna səbəb Avropa Liqasının 1/8 finalının "Sevilya" ilə cavab oyununda (1:0, 0:2) komandanın azarkeşlərinin meydana yad əşyalar atmasıdır.
"Trabzonspor" isə 20 min avro məbləğində cərimələnib.
- Quba 2024, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçilib
- Morata yenidən A Seriyasında
- "Neftçi"dən "qış əməliyyatı" : Bu mövqelərə transfer gözlənilir
- Klubu razıdır, özü narazı: "Neftçi" əlcəzairlini yola gətirməyə çalışır
- Milan Şkrinyar: “Azərbaycanla matçda çox sayda taktiki gedişlərimiz var”