Ueyn Runi Çempionşipin bir addımlığında
09.10.2023 - 21:58
Ueyn Runi baş məşqçi karyerasını yenidən İngiltərədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis “Birminhem Siti”nin “sükanı arxası”na keçməyə əsas namizəddir.
Çempionşipdə çıxış edən komanda Con Yustasla yollarını ayırıb. İstefaya göndərilən baş məşqçini Runinin əvəzləyəcəyi gözlənilir. Birminhemlilər hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Runi İngiltərədə “Derbi Kaunti”, MLS-də “Di Si Yunayted”i çalışdırıb.
- Füzuli Məmmədov: "Matçın ədalətli nəticəsi bərabərlik idi"
- “Mançester Yunayted”in futbolçusu “Napoli”nin maraq dairəsindədir
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- 78 yaşlı mütəxəssis Çempionşip klubunda - RƏSMİ
- Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin iclası keçirilib
0
0