Ueyn Runi "Vaşinqton “D.C. Yunayted"in baş məşqçisi postunu tərk edir.
Apasport.az xəbər verir ki, 37 yaşlı veteran futbolçu 2022-ci ilin yayından Vaşinqton klubuna rəhbərlik edirdi.
İngilis mütəxəxssisin klubdan ayrılması ilə bağlı açıqlamada deyilir: “Runi ilə hər şeyi müzakirə edərək qərara gəldik ki, indi ayrılmaq bizim üçün ən yaxşısıdır. Bu, növbəti məşqçimizə, idman fəaliyyətlərimizə yeni fəlsəfə və struktur gətirmək imkanı verir. Biz Ueynə əvvəlcə oyunçu və kapitan, sonra isə məşqçi kimi komandamız üçün etdiyi hər şeyə görə minnətdarıq”.
Qeyd edək ki, Runinin vətənindən təkliflər aldığı və İngiltərədə klub çalışdıracağı deyilir.
- UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
- “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq
- Miodraq Bojoviç: "Azarkeşlərin stadiona qayıtdığına görə sevinirik"
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- Kanada yığması Olimpiya kəndini tərk edib