Uğursuzluq ona bağışlanılmadı
20.07.2023 - 01:18
Stanislas Çerçesov “Ferentsvaroş”un baş məşqçisi vəzifəsini tərk edib.
Apasport.az saytı xəbər verir ki, Macarıstan çempionu bu barədə rəsmi məlumat yayıb.
Çempionlar Liqasının I təsnifat mərhələsindəki uğursuzluq rusiyalı baş məşqçiyə bağışlanılmayıb. “Ferentsvaroş” Farer adaları çempionu ilə oyunlarda gözləniləmədən mübarizəni dayandırıb. Komanda öz meydanında “Klaksvik”ə 0:3 hesabı ilə uduzub. Çerçesov oyundan dərhal sonra istefa verib.
Qeyd edək ki, 2021-ci ildən “Ferentsvaroş”a rəhbərlik edən Çerçesov komandanı iki dəfə Macarıstan çempionu edib.
- 2023-cü ildə “Qızıl top”a 3 əsas namizəd
- "Beşiktaş"dan "Qalatasaray"a məzəli sataşma - VİDEO
- "Bavariya"nın 3 əsas futbolçusu "Borussiya" ilə oyunu buraxa bilər
- Ayxan Abbasov: “Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə…”
- Aqil Nəbiyev: "Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır"
0
0