Ukrayna millisinin üzvü “Trabzonspor”da
22.01.2025 - 22:58
Türkiyə klublarından "Trabzonspor" Ukrayna yığmasının futbolçusu Danilo Sikanı transfer edib.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Mərkəz hücumçusuna görə "Trabzonspor" "Şaxtyor"a 5 milyon avro ödəyib. Sikan yeni klubunda 14 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Danilo bu mövsümdə 14 oyunda 4 dəfə rəqib qapılarına yol tapıb.
- "Qalatasaray" zəlzələ qurbanlarına konteynerlə dəstək olacaq
- "Bursaspor" baş məşqçisi ilə yollarını ayırdı
- Aleksandr Çertoqanov: "Milli Abbasovun rəhbərliyi altında daha yaxşı oynayacaq"
- Azər Bağırov: “Hardasa "biclik" olmalıdır”
- Avrokubokda maksimum irəliləmək və Azərbaycan çempionluğu - “Azərreyl”in hədəfi
0
0