Ulduz futbolçu Dubayda həbs edildi
14.03.2024 - 11:36
Moskvanın "Spartak" klubunda çıxış edən hollandiyalı futbolçu Kuinsi Promes Dubayda həbs edilib.
Apasport.az xəbər verir ki, Promes kokain alverində təqsirli bilinib.
Futbolçu ötən ay Amsterdam məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.
Birləşmiş Ərəb Əmirliklərinə gedən Promes orada saxlanılaraq sərbəst buraxılsa da, Hollandiya prokurorlarının tələbi ilə təcrübəli futbolçu Dubayda həbs edilib.
2 ölkə arasındakı razılaşmaya uyğun olaraq Kuinsin Hollandiyaya ekstradisiya edilməsi gözlənilir.
- Azərbaycan Kubokunun indiyədək keçirilən 30 final matçını 18 baş hakim idarə edib
- "Qarabağ" - "Neftçi" matçının baş hakimi bəlli olub
- Ozan yoxdursa, qələbə də yoxdur - “Hoffenhaym” Türkiyəyə ilişdi
- Gələn il Azərbaycanda keçiriləcək yarışların siyahısı açıqlandı
- Mbappeni ala biləcək klub müəyyənləşdi
0
0