Umtitinin keçidi alınmır
09.07.2022 - 22:57
“Renn” Samuel Umtiti üçün “Barselona” ilə danışıqları dayandırmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, buna səbəb Fransa millisinin üzvünün maaşıdır.
Fransızlar müdafiəçini birillik icarəyə götürmək istəsə də, onun bütün maaşını ödəmək iqtidarında deyil. Bu səbəbdən “Renn” müdafiə xəttini “Benfika”lı Morato ilə gücləndirməyi düşünür. “Barselona” isə 28 yaşlı Umtitini satmaqda qərarlıdır.
Qeyd edək ki, Samuel Umtiti ötən mövsüm cəmi 1 matçda iştirak edib.
- "Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
- Valdas Dambrauskas: “Bir oyunçudan ibarət deyilik”
- "Qarabağ" 2 braziliyalı ilə danışıqlara başlayıb: Əgər alınmasa...
- Nazilə İsmayılova: "Ermənistanda himnimiz oxuna bilərdi"
- U-17-nin seçmə mərhələ oyunlarına HAKİM TƏYİNATLARI
0
0