Unahi matçın ən yaxşısı seçildi - 2 qolla Mərakeşi 1/4 finala daşıdı
04.07.2026 - 23:54
Unahi matçın ən yaxşısı seçildi - 2 qolla Mərakeşi 1/4 finala daşıdı

Mərakeş millisinin yarımmüdafiəçisi Əzzədin Unahi DÇ-2026-nın 1/8 finalında Kanada ilə oyunun ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, FIFA Unahini qarşılaşmanın ən yaxşı oyunçusu elan edib.

Unahi Kanada ilə görüşdə 2 qol vuraraq komandasının 3:0 hesablı qələbəsində əsas pay sahiblərindən olub.

Qeyd edək ki, Mərakeş bu nəticə ilə DÇ-2026-nın 1/4 finalına yüksəlib.