Kayl Uolker “Mançester Siti”də qalmaq qərarını verib.
Apasport.az-ın məlumatına görə, növbəti həftə tərəflər arasında müqavilə imzalanacaq.
Cinah müdafiəçisi uzun müddət idi, “Bavariya” ilə danışıqlar aparırdı. Sonda “Mançester Siti” Kaylı razı salacaq təklifi verib. 33 yaşlı futbolçu 2023/24 mövsümünün sonunda bitəcək müqaviləni yeniləyəcək. 2017-ci ildən “şəhərlilər”in heyətində çıxış edən Uolker daha iki mövsüm komandada çıxış edəcək.
Qeyd edək ki, təcrübəli müdafiəçi İngiltərə Premyer Liqasının ilk turunda meydanda olub. O, “Bernli” üzərindəki 3:0 hesablı qələbədə iştirak edib.
- "Real" Mbappe üçün 500 milyon avro xərcləyəcək
- Çempionlar Liqasının yarımfinalının ən dəyərli "11-liyi"
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- “PSJ” və “Liverpul” "Portu"nun yarımmüdafiəçisi üçün mübarizə aparacaq
- Benzemaya ərəblərdən 200 milyonluq təklif