Uqo Lorisə ərəblər üçqat maaş təklifi
18.05.2023 - 12:44
“Tottenhem”in qapıçısı Uqo Lorisə təklif göndərən Asiya klubunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Əl-Hilal” fransalı qolkiperin xidmətində maraqlıdır.
Səudiyyə Ərəbistanı təmsilçisi Lorisə İngiltərə klubunda aldığı maaşın üç mislini təklif edib. 36 yaşlı əlcək sahibi üçqat artıq qazanmaq variantını nəzərdən keçirir.
Qeyd edək ki, 2012-ci ildən “Tottenhem”də çıxış edən Lorisin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- Elmar Baxşıyev: "İnanıram ki, səhvlərimizi düzəldəcəyik"
- Tarixdə Bu Gün: “Puerta 12” Faciəsindən 57 İl Ötür
- Canni İnfantino: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
- “Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlanıb
- Elşad Quliyev: “Bizə dəstək olan xalqımıza təşəkkür edirəm”
0
0