Uruqvay Byelsanı gətirir
03.12.2022 - 13:31
DÇ-2022-də qrupda qalan Uruqvay millisinin baş məşqçi postunda dəyişiklik olacaq.
Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar Dieqo Alonsonu daha təcrübəli mütəxəssislə əvəz etməyə qərar verib.
Uruqvaylılar bu posta Marselo Byelsanı gətirəcək. 67 yaşlı mütəxəssis komanda ilə DÇ-2026-ya vəsiqə qazanmalıdır.
Byelsanın yığma təcrübəsi var. O, 1998-2004-cü illərdə Argentina, 2007-10-cu illərdə Çilini çalışdırıb. Mütəxəssisin son iş yeri “Lids” olub.
Qeyd edək ki, Uruqvay qrupda üçüncü yeri tutaraq 1/8 finaldan kənar qalıb.
- “Barselona” Frenki üçün yeni təklif hazırlayır
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO
- Kanada millisinin baş məşqçisi istefaya göndərilib
- Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
0
0