PSV-nin baş məşqçisi Rud van Nistelroy istefa verib.
Apasport.az saytının məlumatına görə, bunu Niderland klubunun mətbuat xidməti açıqlayıb.
Dünən direktorlar şurası ilə mütəxəssis arasında görüş olub. Tərəflər mövsümün sonuna qədər davam etməyə razılaşıb.
Lakin bu gün klubun bazasına yollanan van Nistelroy futbolçularla vidalaşıb. Mütəxəssis bu addımı yetərincə dəstək almaması ilə izah edib. Baş məşqçi vəzifəsi müvəqqəti Fred Ruttenə tapşırılıb.
Qeyd edək ki, 2022-ci ilin yayından PSV-yə rəhbərlik edən mütəxəssisin müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatmalı idi. Hazırda PSV Niderland çempionatının turnir cədvəlində ikincidir.
- “Sərhədçi”nin baş məşqçisi: “Mövsümün ən yaxşı oyunlarından biri oldu”
- İdmançılarımız Avropa çempionatında 7 medal qazanıblar
- Mariya Stadnik: “Yəqin ki, adını “Mariya möcüzəvi səyahətdə” qoyardım”
- "Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə üz-üzə gələcək
- "Arsenal" Polşa millisinin futbolçusunu heyətinə qatdı