Verratti “Əl-Hilal”la anlaşdı
28.07.2023 - 13:23
Marko Verratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, italiyalı yarımmüdafiəçi “Əl-Hilal”la anlaşıb.
Tərəflər 3 illik müqaviləni razılaşdırıb. Transfer baş tutsa, Verratti ildə 48 milyon avro qazanacaq.
30 yaşlı futbolçunun keçidi üçün “Əl-Hilal”la PSJ arasında razılıq əldə olunmalıdır. Asiyalılar bunun üçün 50 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, “Əl-Hilal” bu yay Ruben Neveş, Sergey Milinkoviç-Saviç və Kalidu Kulibali kimi ulduzları heyətinə qatıb.
- Ayşən Abduləzimova yenidən Macarıstan kubokunu qazandı
- “Turan Tovuz” azarkeşlərindən “Qarabağ”a böyük JEST
- AVF-nin nümayəndəsi CEV-in idarə heyətinə üzv seçilib
- Böyükağa Ağayev: "Qarabağ” üçün Belçikada hər şey sıfırdan başlayacaq" - MÜSAHİBƏ
- "Qarabağ"ı keçən komanda Türkiyə klubunu da kənarlaşdırdı
0
0