Villian İngiltərəyə dönür
17.07.2023 - 22:23

Braziliyalı futbolçu Villianın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu karyerasını İngiltərədə davam etdirəcək.
Villian “Fulhem”ə qayıdacaq. Bu klubla müqaviləsi ötən ay başa çatan cənubi amerikalı digər təklifləri qəbul etməyib. “Nottinhem Forest” və Səudiyyə Ərəbistanında oynamaq variantları olan forvard “Fulhem”ə üstünlük verib.
Qeyd edək ki, Villian ötən mövsümün 27 oyununda 5 qola imza atıb.
- 61 yaşlı tennisçi rekorda imza atdı
- “Sumqayıt” – “Zirə” matçının biletləri satışdadır
- Elmar Baxşıyev: “Nə gözləyirsiz? Biz oynayaq, “Neftçi” baxsın?”
- Karate federasiyasının Gəncədəki məşqçilərlə görüşü keçirilib
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
0
0