Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, serbiyalı hücumçu “Beşiktaş”la razılıq əldə edib.
Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Tərəflər 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıblar. 26 yaşlı forvardın bu gün İstanbula yollanacağı, tibbi müayinəsinin isə cümə axşamına planlaşdırıldığı bildirilir.
Vlahoviç “Beşiktaş”a azad agent kimi qoşulacaq. O, son dörd mövsüm yarımı “Yuventus”un formasını geyinib.
Qeyd edək ki, Vlahoviç 2025/26 mövsümündə Turin klubunun heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mingəçevirdə qaliblər mükafatlandırılıb
- U-17 Cüdo Liqasının son turu keçiriləcək – 670 idmançı tatamiyə çıxacaq
- I Liqa: "Şahdağ Qusar" MOİK-i məğlub etdi - YENİLƏNİB
- Saşa Yunisoğlu: “Qarabağ”ın oyunçusu olmasaydı, deyərdim ki, mütləq getməlidir” - MÜSAHİBƏ
- “Sabah”ın oyunçusu Avropa Kubokunun tarixinə düşdü