Vlahoviç "Milan"ın hədəfində
13.05.2026 - 16:34
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, forvardın xidmətində “Milan” maraqlıdır.
Klub futbolçu üçün təklif hazırlayır.
Keçid “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin komandada qalacağı təqdirdə reallaşa bilər. Vlahoviçin “Yuventus”la müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq.
Qeyd edək ki, 26 yaşlı forvard cari mövsümdə 17 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
- Millimizin üzvü oynadı, komandası məğlub oldu
- "Qarabağ" "Flamenqo"nun təklifini rədd etdi - Juninyo transferində son dəqiqə
- Azərbaycan futbolunda növbəti biabırçılıq - komanda meydana 10 nəfərlə çıxıb
- Təmsilçimizdən iki qələbə
- “Misli.az”da virtual ani oyunların sayı ARTDI – Yeni oyunlar hansılardır?
0
0