Vlahoviçə daha bir müştəri
03.06.2026 - 22:13
“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, futbolçuya daha bir müştəri çıxıb.
Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
“Əl-Hilal” Vlahoviçi yayda transfer etmək niyyətindədir. Onun “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Forvardla "Milan", "Mançester Yunayted" və "Bavariya" da yaxından maraqlanır.
Lakin Vlahoviç qərarını vermək üçün tələsmir. O, dünya çempionatının sonunu gözləyir.
- Güləşçimiz ikinci dəfə dünya çempionu olub
- "Neftçi" - “Qarabağ" oyununun biletləri satışa çıxarılıb
- Qurban Qurbanov: “Ona inanaraq, güvənərək komandaya götürmüşəm” - MÜSAHİBƏ
- Əmrah Çəlikəl: "Futbolçularla danışıqlar davam edir" – MÜSAHİBƏ
- Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirildi
0
0