Türkiyə Futbol Federasiyası “Beşiktaş”ın hücumçusu Duşan Vlahoviçlə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, serbiyalı futbolçu Superliqanın IV turunda “Fənərbaxça” ilə səfər matçında yaşanan insidentə görə cəzalandırılıb.
Milan Şkrinyarla qarşıdurma yaşayan Vlahoviç Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib. Qurum 26 yaşlı hücumçuya 1 rəsmi oyunluq diskvalifikasiya və 100 min Türkiyə lirəsi məbləğində cərimə tətbiq edib.
Bu səbəbdən Vlahoviç bu gün Superliqanın V turunda “Ərzurumspor”la keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
Türkiyə mətbuatının məlumatına görə, “Beşiktaş” rəhbərliyi futbolçunun cəzasının ləğvi üçün federasiyaya müraciət edib.
Qeyd edək ki, “Beşiktaş” IV turda səfərdə “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib.
- Qurban Qurbanov: “Onların yaxşı formada olması, oyunumuzu asanlaşdıra bilərdi” - MÜSAHİBƏ
- “Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
- "Adana Demirspor"da yeni baş məşqçi
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- "Trabzonspor" - "Fənərbaxça" matçının baş hakimi müəyyənləşib