Serbiya millisinin hücumçusu Duşan Vlahoviçin dünya çempionatının qrup mərhələsinin ilk iki turunda əsas heyətdə meydana çıxmamasının səbəbi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, ulduz futbolçunun meydandankənar davranışı ilə əlaqədardır.
22 yaşlı forvardın millinin ehtiyat qapıçısı Predraq Raykoviçin həyat yoldaşı Ana Raykoviçlə münasibətdə olduğu aşkarlanıb. Məhz bu xəyanət səbəbindən qrupda Braziliya (0:2) ilə görüşün son 24 dəqiqəsində şans əldə edən Vlahoviç Kamerunla (3:3) qarşılaşmanı ehtiyatdan izləyib.
Qeyd edək ki, Serbiya qrupda son oyununu dekabrın 2-də İsveçrəyə qarşı keçirəcək.
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- Azərbaycanın bu klubu bütün yarışlardan uzaqlaşdırılıb
- Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb - FOTO
- Azərbaycan yığmaları irəlilədi – reytinq açıqlandı
- Avropa Liqası ilə vidalaşan ilk komanda bilindi