“Vulverhempton”dan “Beşiktaş”a - RƏSMİ
06.02.2026 - 21:15
"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Vulverhempton"dan Emmanuel Aqbadunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar" Fil Dişi Sahili millisinin üzvü üçün qarşı tərəfə 18 milyon avro ödəyib. 28 yaşlı müdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Vulverhempton" Emmanuel Aqbadunu 2025-ci ilin yanvar ayında "Reyms"dən transfer edib. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi edib.
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
- "Beşiktaş" Sergen Yalçınla yollarını ayırdı - RƏSMİ
- "Real"ın sabiq üzvü karyerasını sonlandıracaq - DÇ-dən sonra
- Hüseyn Məhəmmədov: "Neftçi"nin legioner qapıçıya ehtiyacı yoxdur" - Müsahibə
- Argentina klubundan “Portu”ya – rəsmi
0
0