“Barselona”nın baş məşqçisi Xavi Ernandesin problemi yoluna qoyulub.
Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcı kataloniyalıların ABŞ turnesinə qoşulub.
Xavi daha əvvəl üç dəfə İrana səfər etdiyi üçün komanda ilə birlikdə ABŞ-a buraxılmamışdı. O, “İnter Mayami” ilə yoxlama görüşünü (6:0) buraxsa da, artıq komandanın sükanı arxasındadır. 42 yaşlı mütəxəssis əzəli rəqib “Real”a qarşı Las-Veqasda keçiriləcək qarşılaşmaya komandasını hazırlaşdırır.
Qeyd edək ki, “Barselona” ilə “Real” arasında yoxlama görüşü iyulun 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 07:00-da start götürəcək.
- İngiltərənin məşhur klubları "Real Madrid"in forvardı ilə maraqlanır
- Nkunku “Leypsiq”dən gedir
- Stanislav Çerçesov: “Qarabağ” boşluqlardan ildırım sürəti ilə yararlanır”
- U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- Azərbaycan millisi Praqada beynəlxalq turnirdə iştirak edəcək