"Barselona" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə PSJ-nin qonağı olacaq.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes matçdan əvvəl keçirilən mətbuat konfransında açıqlama verib.
İspan mütəxəssis ilk görüşdə sərfəli nəticə qazanmağın vacib olduğunu bildirib:
"Luis Enrike dünyanın ən yaxşı məşqçilərindən biridir. Onun Qvardiola və Artetanın "Barselona" fəlsəfəsinə malik olduğunu deyə bilərik. Topa sahib olmaq, öndə təzyiq etmək. Sabah da bunları görəcəyik. Bunlar genimizdə var və bizi digərlərindən fərqləndirən, qürur duyduğumuz şeylərdir. Mərhələni keçmək üçün ilk oyunda sərfəli nəticə əldə etmək vacibdir. Meydanda hər şeyimizi qoyacağımıza əminəm".
Qeyd edək ki, PSJ - "Barselona" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.
- Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başladı
- ML: Fransa və Norveçdən qələbə, İngiltərə Yunanıstana uduzub
- Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika
- Azərbaycan və Özbəkistan Dünya Çempionatı üçün birgə namizədliklərini irəli sürüblər
- İki şahmatçımız FİDE reytinqində “100-lüy”ü tərk etdi