Yaponiya millisinin üzvü addım-addım PSJ-yə
09.08.2026 - 11:53
Yaponiya millisinin üzvü addım-addım PSJ-yə

“Parma”nın qapıçısı Dzion Suzuki karyerasını Fransa çempionatında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, yaponiyalı qapıçı PSJ-yə keçməyə yaxındır.

Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Məlumata görə, Paris klubu 23 yaşlı futbolçu üçün 36 milyon avro ödəməyə hazırdır. Tərəflər 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə ilə bağlı da danışıqlar aparır.

Qeyd edək ki, Suzuki 2024-cü ilin yayında Belçikanın “Sent-Trüydens” klubundan 7,5 milyon avro qarşılığında “Parma”ya keçib. Yaponiyalı qolkiper ötən mövsüm 22 oyunda meydana çıxıb, 30 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.

Suzuki 2026-cı ildə keçirilən dünya çempionatında da Yaponiya millisinin heyətində çıxış edib. Komanda turnirin 1/16 final mərhələsinə qədər irəliləyib.