Yunanıstanlı müdafiəçi “Roma”da - RƏSMİ
02.08.2026 - 11:56
“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi “Volfsburq”dan Konstantinos Kulyerakisi transfer edib.
22 yaşlı yunanıstanlı mərkəz müdafiəçisi ilə müqavilə imzalanıb. O, yeni komandasında 33 nömrəli forma ilə çıxış edəcək.
Transferin dəyəri 15 milyon avro təşkil edib.
Qeyd edək ki, “Roma” bu yay “Bolonya”dan hücumçu Santyaqo Kastronu da heyətinə qatıb.
- Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
- AFFA prezidenti Fernandu Santuşla görüşüb
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
- Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə
- Ronaldo Səudiyyə Ərəbistanında qalacaq
0
0