İngiltərənin "Mançester Yunayted" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Udineze"də çıxış edən Umar Soleti transfer etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" yay transfer pəncərəsi zamanı fransalı mərkəz müdafiəçisini heyətinə qaymağa çalışacaq. "Qırmızı şeytanlar" 25 yaşlı futbolçu üçün İtaliya klubuna 33 milyon funt-sterlinqlik təklif göndərəcək.
Qeyd edək ki, Umar Solet bu ilin yanvar ayından "Udineze"də çıxış edir. Fransa U-20 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
- “İmişli”dən növbəti qələbə - YENİLƏNİB
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- "Qalatasaray"dan Batşuayi açıqlaması
- Mask "Mançester Yunayted"i almağa hazırlaşır
- III MDB Oyunlarının medal sıralaması: Azərbaycan ikinci pilləyə yüksəlib