“Yunayted”də daha bir İTKİ
07.02.2025 - 19:21
İngiltərə Premyer Liqası komandalarından “Mançester Yunayted” daha bir itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, ingilis futbolçu Luk Şou sıradan çıxıb.
Bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim bildirib.
29 yaşlı müdafiəçinin ən az 4 həftə meydanlardan uzaq qalacağı bildirilib.
2014-cü ildən “Yunayted”in şərəfini qoruyan Luk zədə səbəbindən 221 matç buraxmalı olub.
Qeyd edək ki, daha əvvəl komandanın əsas müdafiəçisi Lisandro Martinez zədələnərək, mövsümü erkən başa vurmuşdu.
- Reqekampf: "Hakimlər formalarını dəyişməli idilər"
- “Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlmək və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır
- Məşhur tennisçi karyerasını bitirəcək
- "Turan Tovuz"dan yeni transfer - RƏSMİ
- “Hakimlik haqda danışmaq istəmirəm, çünki bir təsiri olmayacaq” - Müsahibə
0
0