Yunus Akgün İtaliya çempionunun hədəfində
27.07.2025 - 17:53
Yunus Akgün İtaliya çempionunun hədəfində

"Qalatasaray"ın yarımmüdafiəçisi Yunus Akgün komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, onun karyerasını İtaliyada davam etdirmək variantı var.

“Napoli” 25 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Neapol təmsilçisinin rəhbərliyi Akgün üçün “Qalatasaray” rəsmiləri ilə danışıqlara başlayıb. "Cimbom" isə futbolçunu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, Yunus "Qalatasaray"ın yetirməsidir.