İtaliya nəhəngi “Yuventus” 126 yaşını qeyd edir.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi 1897-ci ildə yaradılıb.
“Qoca sinyora” bu müddət ərzində 36 dəfə A seriyasının çempionluğunu, 14 dəfə İtaliya kubokunu, 9 dəfə İtaliya Superkubokunu qazanıb. “Yuventus” beynəlxalq arenada 3 dəfə Çempionlar Liqasını, 2 dəfə UEFA Superkubokunu və 1 dəfə qitələrarası kuboku əldə edib. “Ağ-qaralar”ın A seriyasında 9 mövsüm ardıcıl çempionluq qazanması İtaliya çempionatları tarixində rekorddur.
Qeyd edək ki, klubun heyətində Alessandro Del Pyero, Zinəddin Zidan, Kriştiano Ronaldo kimi dünya ulduzları çıxış edib.
- Keyn lənəti davam edir? - “BAVARİYA” ÇEMPİONLUĞU RƏSMİLƏŞDİRƏ BİLMƏDİ
- "Qarabağ" 2 braziliyalı ilə danışıqlara başlayıb: Əgər alınmasa...
- Rusiya millisinin oyununu türkiyəli hakimlər idarə edəcək
- Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçildi
- "Gəncə"nin baş məşqçisi: "Bu, bizim üçün önəm daşıyırdı"