“Yuventus”un futbolçusu Ueston Makkenni qış transfer pəncərəsində klubu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Almaniya klublarının maraq dairəsindədir.
Bundesliqanın bir neçə komandası 24 yaşlı amerikalını heyətində görmək istəyir. “Yuventus” Makkennini satmağa razıdır.
Sergey Milinkoviç-Saviçi heyətinə qatmağı planlaşdıran Turin təmsilçisi Uestonun satışından əldə olunacaq vəsaitdən yararlanmaq niyyətindədir. 2020-ci ildə “Şalke”dən 4,5 milyon avroya icarəyə götürülən amerikalı sonradan 20,5 milyona alınıb.
Qeyd edək ki, cari mövsümdə 11 oyun keçirən Makkenni 1 qol vurub.
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- “Tottenhem” ukraynalı futbolçu ilə maraqlanır
- “Araz”ın rəqibi sabiq “Qalatasaray”lını heyətinə qatıb
- Qurban Qurbanov: "İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti postu təklif edilsin"
- Yığma komandamız Monteneqro ilə heç-heçə etdi - YENİLƏNİB