"Yuventus" "Milan"ın kapitanı ilə maraqlanır
31.12.2024 - 11:46
"Milan"ın sağ cinah müdafiəçisi Davide Kalabriya karyerasını "Yuventus"da davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "qoca sinyora" italiyalını azad agent kimi komandaya cəlb etməyi nəzərdən keçirir.
28 yaşlı futbolçunun "rossonerilər"lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Klub kapitanın müqaviləsini yeniləmək niyyətində deyil.
Kalabriya bütün karyerasını "Milan"da keçirib. O, "qırmızı-qaralar"ın heyətində bütün yarışlarda 268 oyuna çıxıb, 10 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
- Paris-2024: Azərbaycan medal sayına görə 1 pillə geriləyib - Siyahı
- “Sabah”dan növbəti xal itkisi, "Səbail"dan ardıcıl dörd qələbə - YENİLƏNİB
- Paulo Dibala: Argentina Futbolunun Səssiz Ulduzu
- Azərbaycan və San-Marino millilərinin ortaq şakəri, Niderland əks qütbdə
- "Roma"nın məğlubiyyətsizlik seriyası 15-ə çatıb - 9 il sonra ilk dəfə
0
0