"Yuventus"da Alleqriyə alternativ
04.04.2024 - 12:57
“Yuventus” baş məşqçi axtarışını davam etdirir.
Apasport.az “Tuttosport”a istinadən xəbər verir ki, Massimiliano Alleqri postunu tərk edəcəyi təqdirdə “qoca sinyora” “Brayton”un çalışdırıcısı Roberto De Zerbini dəvət etməyi planlaşdırır.
Artıq onunla ilkin danışıqlar aparılıb. De Zerbi İngiltərə klubunu vaxtından əvvəl tərk edərsə, 15 milyon avro ödəməlidir. Turinlilər isə təzminat ödəmək istəmir.
44 yaşlı mütəxəssis isə "Brayton" rəhbərliyi ilə bu barədə danışacaq.
Hazırda “Yuventus” İtaliya A seriyasında 3-cü pillədədir.
- Poqba DÇ-2022-ni buraxa bilər
- "Çelsi"nin sahibləri Fransada da klub almaq istəyir
- “İdman həftəsi” çərçivəsində keçirilən bilyard çempionatı başa çatıb
- Qurban Qurbanov: “Bu epizodla mənim etdiyim fair-playi yan-yana qoymayın” - MÜSAHİBƏ
- Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb
0
0