"Yuventus"da yeni baş məşqçi
13.06.2024 - 10:08
İtaliya A Seriya təmsilçilərindən "Yuventus" Tiaqo Mottanı baş məşqçi təyin edib.
Apasport.az xəbər verir ki, Tiaqo Motta "Bolonya"nı Çempionlar Liqasına çıxardıqdan sonra "Yuventus"la müqavilə imzalayıb. O, Massimiliano Alleqrini əvəzləyib.
Klubdan verilən açıqlamada, italiyalı məşqçi ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalandığı bildirilib.
Motta məşqçilik karyerasına 2018-ci ildə futbolçu karyerasını bitirdiyi PSJ-nin gənclər komandasında başlayıb.
- VAR Sistemi Futbola Fayda, Yoxsa Ziyan Verdi? Azarkeşlər və Mütəxəssislər Sorğulayır
- “ASTA Mingəçevir”dən növbəti transferlər - RƏSMİ
- Azərbaycan çempionatında komanda sayı açıqlandı - əcnəbi hakimlər olacaq
- Qurban Qurbanov: "Sürix"i oyunun gedişində tanıyacağıq"
- “Neftçi” klubuna yeni baş icraçı direktor təyin edilib
0
0