"Yuventus"un hücum planı: VLAHOVİÇ GEDİR, SÖRLOT GƏLİR
04.06.2026 - 10:55
“Atletiko”nun hücumçusu Aleksander Sörlot komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun karyerasını İtaliyada davam etdirmək ehtimalı yaranıb.
Norveçli forvardın xidmətində "Yuventus" maraqlıdır.
Bu barədə "Sky Sport" nəşri məlumat yayıb. Bildirilib ki, tərəflər yaxın günlərdə danışıqlar prosesinə start verəcəklər.
Turin klubu hücumçunu Duşan Vlahoviçə əvəzləyici kimi görür. Serbiyalının yaxın müddətdə komandanı tərk etməsi gözlənilir.
Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm 54 oyunda 20 qol vurub.
- Eddi Hou: “Qarabağ”la oyunda qələbə qazanmaq lazımdır”
- Daha bir futbolçu milliləşdirilir: "Dinamo"nun üzvü AFFA-nın hədəfindədir
- "Real" "Kamp Nou"da "Barselona"nı darmadağın edib finala çıxdı
- Dünya çempionu Amerika Kubokunun finalında göz yaşlarına boğuldu - VİDEO
- PSJ Luis Enrike ilə danışıqlara başlayır
0
0