“Yuventus”un üzvü “Jirona”da - rəsmi
02.02.2025 - 00:54
İspaniya La Liqası komandalarından "Jirona" heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, klub “Yuventus”un yarımmüdafiəçisi Artur Melonu icarə əsasında heyətinə qatıb.
Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu mövsümün sonuna kimi "Jirona"da çıxış edəcək.
Qeyd edək ki, 28 yaşlı braziliyalı "Yuventus"a 2020-ci ildə "Barselona"dan 80 milyon avroya transfer edilmişdi.
- "Mançester Yunayted"in yeni sahibi "Barselona"nın futbolçusunu almaq istəyir
- Rahilin komandasında ayrılıq
- "Məni xilas edən xüsusi təyinatlı zabit sonradan intihar etdi" - MÜSAHİBƏ
- Ronaldo müqaviləsinə xitam verilməsini istəyir - “Mançester Yunayted”dən
- “Kəpəz” uduzdu, "Sabah" qalib gəldi - YENİLƏNİB
0
0