Zaha karyerasını ABŞ-də davam etdirə bilər
15.01.2025 - 23:56
“Qalatasaray” klubuna məxsus olan və hazırda icarə əsasında “Lion”da çıxış edən Vilfred Zaha komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, o, karyerasını “Şarlott” klubunda davam etdirməyə yaxındır.
Bu barədə türkiyəli məşhur insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, 32 yaşlı futbolçu məcburi satınalma bəndi ilə birgə icarə əsasında MLS təmsilçisinə qoşulacaq.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan hücumçu bu mövsüm “Lion”nun heyətində çıxdığı 7 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
- Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib
- "Qarabağ" 30 oyundan sonra qol vura bilmədi
- DÇ-2026: Norveç İtaliyanı darmadağın etdi - YENİLƏNİB
- Mahir Emreli: "Mənə qarşı təzyiq çoxdur"
0
0