“Zenit”dən 4 milyonluq təklif
08.12.2023 - 13:49
“Zenit”in “San-Paulu”nun müdafiəçisi Vellinqtonu heyətinə qatmağa qərar verib.
Apasport.az xəbər verir ki, Rusiya klubu 22 yaşlı futbolçu üçün 4 milyon avro təklif etməyə hazırlaşır.
Klublar arasında transferlə bağlı danışıqlar yaxın günlərdə başlayacaq. Futbolçunun agenti Robson Ferreyra da bildirib ki, danışıqlar hələ start götürməyib.
Qeyd edək ki, Vellinqton “San-Paulu”nun heyətində 116 matçda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.
- "Kəpəz" gətirdi, Azərbaycandan istədilər, Maltaya getdi - ÖZƏL
- Azərbaycan çempionu Xorvatiya yığmasının qapıçısını transfer etdi
- Mbappenin təqdimat mərasimi baş tutub
- "Barselona" baş məşqçi postuna namizədləri müəyyənləşdirdi
- Azərbaycan İdman Mediasının İrəvanda bayrağımızın yandırılması ilə bağlı BƏYANATI
0
0