Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, "Atletika" İdman Klubunun təşkilatçılığı və Dünya Atletikasının dəstəyi ilə Bakı Beynəlxalq qış turniri keçirilib.
Apasport.az xəbər verir ki, açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Könül Nurullayeva və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.
Bakı Atletika Mərkəzində keçirilən turnirdə yerli idmançılarla yanaşı, Tacikistan və Qırğızıstanı təmsil edən 60-a yaxın atlet mübarizə aparıb.
60 metr məsafəyə qaçışda kişilər arasında Tembo Con bütün rəqiblərini qabaqlayıb. Qadınların mübarizəsində isə Lamiyə Vəliyeva beynəlxalq yarışın qalibi olub. Üç təkanla tullanma növündə Rüstəm Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Uzunluğa tullanmada isə Qırğızıstan təmsilçisi Timur İsakov daha yüksək nəticə göstərərək 1-ci yeri tutub. Həmçinin, U-18 kateqoriyasında oğlanlar və qızlar arasında müxtəlif növlərdə qaliblər müəyyənləşib.
- Təmsilçilərimiz “Samsun Draqon Festivalı”nda çıxış edəcəklər
- "Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR
- DÇ: “Atletiko” “Botafoqo”nu, PSJ “Palmeyras”ı üstələdi - YENİLƏNİR
- İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
- Krakovda "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı - VİDEO