Atletimiz Almaniyada beynəlxalq yarışda iştirak edəcək
23.01.2025 - 13:32
Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək XXVI beynəlxalq qış yarışında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Y.Sarıyeva yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda üçtəkanla tullanma növündə mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir "challenger" səviyyəlidir.
- Azərbaycan millisinin Albaniya ilə oyununun biletləri satışa çıxarılıb
- Perişiçdən tarixi göstərici – Ronaldo və Messidən sonra üçüncü sırada
- “Fənərbaxça”da ciddi itki - Mövsümü başa vurdu
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
0
0