Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub
18.05.2024 - 13:34
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında birinci olub.
Milli Paralimpiya Komitəsindən apasport.az-a verilən məlumata görə, o, T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çataraq dünya çempionu olub.
Qeyd edək ki, bu, 22 yaşlı idmançının ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.
- "Real"ın üzvü Messi ilə komanda yoldaşı ola bilər
- Azər Salahlı: "Cavab matçına üstün yollanmaq istəyirik"
- Vaqif Cavadov: “Ailə olaraq “Neftçi”liyik”
- Yeniyetmələr arasında üçüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
- “Turan Tovuz”un kapitanı: “Ona imkan versən, dərhal cəzalandıracaq” - MÜSAHİBƏ
0
0