İlahə Quliyeva ABŞ-də keçiriləcək dünya çempionatına qatılacaq
04.08.2026 - 18:26
Azərbaycan atletika millisinin üzvü İlahə Quliyeva ABŞ-nin Yucin şəhərində keçiriləcək U-20 dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.
İdmançı 400 metr məsafəyə qaçışda ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, yarış avqustun 5-dən 9-dək davam edəcək.
0
0